Beynəlxalq Xeyriyyə Yarmarkası keçirilib

23 Oktyabr 2022

Beynəlxalq Xeyriyyə Yarmarkası keçirilib

Oktyabrın 22-də tərəfdaşı olduğumuz Beynəlxalq Xeyriyyə Yarmarkası keçirilib.

Yarmarkada dünyanın dörd bir yanından olan ölkələrə məxsus, unikallığı ilə bir-birindən fərqlənən mədəniyyət nümunələrinə əks olunmuşdur. Yarmarkanı gün ərzində müxtəlif folklor nümunələrini əks etdirən musiqili və xoreoqrafik tamaşalardan ibarət mədəniyyət proqramı müşayiət edib. Gün ərzində Tombola oyunu keçirilib və iştirakçılar tədbirin sponsorlarından çoxsaylı qiymətli hədiyyələr qazanıblar. Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Beynəlxalq Xeyriyyə Yarmarkasında toplanan bütün vəsait UNICEF-in fiziki məhdudiyyətli uşaqlar üçün layihəsinə ianə ediləcək.

Yarmarka Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Qoşulmama Hərəkatının Gənclər Təşkilatı və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı, Gənclər Fondunun tərəfdaşlığı ilə keçirilib.