Biləsuvar rayonunda “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin məlumat sessiyası baş tutacaq

29 Yanvar 2020

Biləsuvar  rayonunda “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin məlumat sessiyası baş tutacaq

Son müraciət tarixi: 29 Yanvar 2020

MÜRACİƏT ET

29-30 Yanvar 2020-ci il tarixində Biləsuvar  rayonunda “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi haqqında məlumat sessiyasına sən də qoşul!

Layihənin məqsədi Gənclərin Məşvərət Şuraları vasitəsilə qərarlar qəbul olunmasında yeniyetmə və gənclərin fikirlərinin nəzərə alınması, gənclər arasında maraq doğuran və ya onları narahat edən məsələlərin müəyyən olunması, yerli idarəetmə orqanları ilə mütəmadi məsləhətləşmələr çərçivəsində həmin məsələlərin həlli üçün birgə layihələrin hazırlanması və həyata keçirilməsi, yeniyetmə və gənclərin sosialyönümlü məsələlərin həllində yerli idarəetmə orqanlarına dəstək olmasıdır.

Məlumat görüşünün əsas hədəf qrupuna 16-29 yaş arası:

  • Gənclər təşkilatlarının və Gənclər evlərinin nümayəndələri;
  • gənc müəllim, həkim və sosial sahibkarlar;
  • kollec, peşə məktəbi və liseylərdə təhsil alan yuxarı sinif şagirdləri;
  • həssas qruplardan olan gənclər daxildir.

Məlumat sessiyasında necə iştirak etmək olar?

16-29 yaş arası Biləsuvar rayonundan və ətraf kəndlərdən olan gənclər aşağıdakı onlayn müraciət linkindən istifadə edərək qeydiyyatdan keçə bilər. Biləsuvar rayonunda məlumat sessiyasının keçiriləcəyi məkan haqqında öncədən məlumat veriləcək.

Müraciət etmək üçün link: https://bit.ly/2SCs9QM

Əlaqə vasitəsi: +994774211121