Birləşmiş Millətlər Təşkilatının Azərbaycan üzrə Əlaqələndirici ofisi 2020-ci il üzrə İllik Hesabatını təqdim edib
14 İyun 2021

Birləşmiş Millətlər Təşkilatının Azərbaycan üzrə Əlaqələndirici ofisi (United Nations in Azerbaijan) 2020-ci il üzrə İllik Hesabatını təqdim edib. Hesabatda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) naminə tərəfdaşlıq, təbliğat və təşviqat işləri haqqında məlumatlar daxil olmaqla, NAYORA ilə birlikdə əməkdaşlığın da altından xətt çəkilib.
Belə ki, bu əməkdaşlıqlardan əlavə BMT-nin prioritetləri, xüsusilə də rəqəmsal transformasiya ilə bağlı istiqamətləri inkişaf etdirmək üçün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ilə birlikdə yaradılacaq mərkəzləşmiş fundamental iştirak məqsədilə restrukturizasiya fəaliyyəti haqqında da məlumat verib.
2020-ci il üzrə İllik Hesabata keçid üçün link: https://cutt.ly/NnGub0V