Şəbəkə proqramı üçün müraciətləri açıq elan edirik

11 Aprel 2023

Şəbəkə proqramı üçün müraciətləri açıq elan edirik

Son müraciət tarixi: 25 Aprel 2023

MÜRACİƏT ET

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) “ŞƏBƏKƏ” proqramı üçün müraciətlərin qəbulunu açıq elan edir. Proqramın əsas məqsədi gənclərlə gənclər təşkilatları arasında birgə işin inkişafına dəstək vermək və gənclər təşkilatlarının fəaliyyətlərini stimullaşdırmaqdır. 

Proqram çərçivəsində 5 istiqamət üzrə layihələrin qəbulu nəzərdə tutulur. Qeyd edək ki, üzv təşkilatlar tərəfindən müraciət olunan və qalib elan olunacaq layihələrə NAYORA tərəfindən resurs dəstəyi göstəriləcək.

Layihələrin istiqamətləri:
 

  • “Heydər Əliyev İli”: Ulu Öndərin həyatı və ictimai-siyasi fəaliyyətinin təbliği, zəngin siyasi irsinin öyrənilməsi məqsədilə tədbirlərin təşkili;

  • Gənclərin düzgün peşə və ixtisas seçiminə yiyələnməsi, gənclərin bilik, bacarıqlarının əmək bazarının tələblərinə uyğun formalaşdırılmasına dəstək göstərilməsi istiqamətində layihələrin təşkili;

  • Gənclərin sahibkarlıq haqqında məlumatlılıq səviyyəsinin artırılması, gənclərin sahibkarlıq fəaliyyətlərinə təşviq edilməsi, özünüməşğulluq fəaliyyətlərinin dəstəklənməsi istiqamətində layihələrin təşkili;

  • Regionlarda fəaliyyət göstərən gənc ictimai liderlərin potensiallarının artırılması, yumşaq bacarıqlarının (soft skills) inkişaf etdirilməsi və idarəçi olaraq formalaşması istiqamətində layihələrin təşkili;   

  • Yerli və beynəlxalq layihələrin yazılması və idarəedilməsi istiqamətində gənclərin bilik, bacarıq və təcrübələrinin artırılması, eyni zamanda gənclərin beynəlxalq tədbirlərdə, platformalarda səmərəli təmsilçilik imkanlarının genişləndirilməsi ilə bağlı layihələrin təşkili;

 

Aşağıdakı mövzular üzrə layihələrin qəbulu nəzərdə tutulmur:

  • Proqram çərçivəsində maddi yardım, təhsil xərcinin ödənilməsi, xaricə səfərlə bağlı xərclər, həmçinin siyasi, dini və kommersiya məqsədli layihə təklifləri ilə müraciət edən təşkilatların müraciətlərinə baxılmayacaq.


Layihələrin icrası üçün nəzərdə tutulan resurs dəstəyi:

  • Layihələrin həyata keçirilməsi üçün layihələri qəbul olunmuş üzv gənclər təşkilatına 3000 AZN-dək resurs dəstəyi göstərilməsi nəzərdə tutulub. Qeyd edək ki, layihənin icrası üçün nəzərdə tutulan bütün resurslar qalib elan edilmiş təşkilata NAYORA tərəfindən təqdim ediləcək.

 

Layihə təkliflərinin qəbulu tarixləri:

  • Gənclər təşkilatları tərəfindən layihə təkliflərinin qəbulu 11 aprel 2023-cü il tarixindən 25 aprel 2023-cü il, saat 18:00 tarixinədək həyata keçiriləcək.

Layihələrin icra müddəti:

  • Layihələrin icrası maksimum 2 ay olmalıdır. Layihələrin icrasının başlanma tarixi 01 may 2023-cü il, bitmə tarixi 15 iyun 2023-cü il nəzərdə tutulur.


Qeyd 1: Proqrama yalnız NAYORA-ya üzv gənclər təşkilatları müraciət edə bilər.

Qeyd edək ki, proqram Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

Müraciət üçün layihə forması secre[email protected] e-mail ünvanına göndərilməlidir.