“ŞƏBƏKƏ” proqramının bağlanış mərasimi keçirilib
24 İyul 2023

Tədbirdə NAYORA-nın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edərək proqram haqqında ümumi məlumat vermiş, layihə çərçivəsində 10 təşkilatın 10 layihəsinə resurs dəstəyinin göstərildiyini və bunun nəticəsində 8 rayon/şəhərdə birbaşa yolla 275, dolayı yolla 500-dən çox gəncin yararlandığını xüsusilə vurğulamışdır.
Tədbirin davamınında AR Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, İdarə Heyətinin üzvləri Nail Şükürov və Elvin Hüseynov da çıxış edərək layihə haqqında öz təəssüratlarını bölüşüblər.
Tədbirin sonunda resurs dəstəyi göstərilmiş təşkilatlar mükafatlandırılmış və xatirə fotosu çəkilmişdir.
Qeyd edək ki, proqram AR Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilib.