Bərdə gəncləri üçün təlimlər keçirilib

23 Avqust 2023

Bərdə gəncləri üçün təlimlər keçirilib

“Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin iştirakçıları tərəfindən Bərdə gəncləri üçün 3 gün müddətində təlimlər keçirilib.

Gənclərə tolerantlıq, ayrı-seçkilik, insan hüquqları kimi mövzularda məlumatlar verilib.

Qeyd edək ki, təlimlər Avropa Gənclər Fondunun dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilir və davamlılıq (follow-up) layihəsidir.