Bu gün "31 Mart Soyqırımı: Tarixin qanlı səhifəsi” adlı görüş keçirilib
31 Mart 2023
Bu gün "31 Mart Soyqırımı: Tarixin qanlı səhifəsi” adlı görüş keçirilib.
Soyqırımın 105-ci ildönümü ilə əlaqədar keçirilən görüşdə ilk olaraq soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra AR Milli Məclisinin deputatı Vüqar İskəndərov, AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, professor İlqar Orucov və tarixçi-alim İsa Quliyev görüşdə spiker qismində çıxış edərək mövzu ilə bağlı tarixi həqiqətləri bölüşüb, həmçinin gənclərin aidiyyatı məsələyə dair ünvanladıqları sualları cavablandırıblar.
Soyqırım qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik