Bu gün Gəncə şəhərində “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının” yaradılması layihəsinin bağlanış konfransı keçirilib

27 İyul 2022

Bu gün Gəncə şəhərində “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının” yaradılması layihəsinin bağlanış konfransı keçirilib

Bu gün Gəncə şəhərində “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının” yaradılması layihəsinin bağlanış konfransı keçirilib.

NAYORA-nın Baş katibi Ramin Həbibzadənin açılış nitqi ilə işinə başlayan konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, UNICEF-in Azərbaycan Respublikasındakı Ölkə nümayəndəsinin müavini Villiam Abi Abdallah və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektoru müdiri Nərmin Aslanbəyova çıxış ediblər.

Daha sonra Qazax, Tovuz, Şəmkir, Biləsuvar və Xəzər məşvərət şuralarının sədrləri inidyə qədərki fəaliyyətlərini əks etdirən təqdimatlarla çıxış ediblər.

Günün ikinci yarısı “Region gənclərinin ictimai iştirakçılığının artırılmasında dövlət müəssisələrinin rolu” və “Azərbaycanda rast gəlinən cari ekoloji problemlər və beynəlxalq təcrübənin tətbiqi imkanları” mövzusunda panel müzakirələri baş tutub.

Sonda isə məşvərət şurasının üzvlərinin sertifikatları təqdim olunub və bağlanış mərasimi yekunlaşıb.