Bu gün “Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiyasiyası - Azərbaycan İctimai Birliyi”nin (AIESEC) təsis olunduğu gündür.
9 Avqust 2021

Bu gün “Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiyasiyası - Azərbaycan İctimai Birliyi”nin (AIESEC) təsis olunduğu gündür.
NAYORA komandası olaraq təşkilatın hər bir üzvünü təbrik edir, gələcək işlərində və fəaliyyətlərində uğurlar arzu edirik.
Məlumat üçün qeyd edək ki, AIESEC gənclərin beynəlxalq təcrübə və könüllülük fürsətləri ilə liderlik potensiallarını inkişaf etdirmələri üçün yaradılan qlobal bir platformadır. 1948-ci ildə qurulan AIESEC, gənclər tərəfindən idarə olunan qeyri-hökumət və maddi mənfəəti olmayan təşkilatdır.