Bu həftə gənc elçilər üçün silsilə təlimlər keçirilib

16 Noyabr 2022

Bu həftə gənc elçilər üçün silsilə təlimlər keçirilib

Bu həftə gənc elçilər üçün silsilə təlimlər keçirilib.

İlk təlim Milli Məclisin deputatı Naqif Həmzəyev ilə baş tutdu. Görüş zamanı ümumi müzakirələr aparılmış, həmçinin deputat öz təcrübələrini elçilərlə bölüşmüşdür.

Gənc elçilərin debat bacarıqlarının artırılması məqsədi ilə ikinci təlim “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin nümayəndəsi 2021-ci il üzrə Respublikasının ən yaxşı natiqi seçilmiş Yunis Məmmədli ilə keçirilib. Təlim müddətində debat zamanı diqqət yetirilməli zəruri məqamlar, rast gəlinə bilən mümükün çətinliklər kimi məsələlər müzakirə olunub.

Sonuncu təlim isə Cənubi Qafqazın Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov ilə baş tutub. Təlim zamanı beynəlxalq əlaqələrin əhəmiyyəti, beynəlxalq təmsilçilik kimi mövzular ətrafında müzakirələr davam etdirilib.

Qeyd edək ki, layihə AR Gənclər və İdman Nazirliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilir.