“İdarəçilikdə Sən” layihələrin yazılması və idarəçiliyi məktəbinin son faza təlimləri keçirilib
16 Mart 2023

“İdarəçilikdə Sən” layihələrin yazılması və idarəçiliyi məktəbinin son faza təlimləri keçirilib.
Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən təlimlərdə 20 gənc iştirak edib və onlar ”Scrum Metodu”, layihələrin müasir metodlarla idarə edilməsi, gənclər təşkilatlarında gənclər üçün yaradılan imkanlarla bağlı müzakirələr aparıblar.
Layihə ümumilikdə 6 fazadan ibarət olub.
Qeyd edək ki, layihə AR Gənclər Fondunun dəstəyi, NAYORA-nın Gənclər Təşkilatlarlarının Fəaliyyətlərinin Dəstəklənməsi Proqramı - 2.0 çərçivəsində Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən keçirilib.