“Develop with AIESEC” layihəsi yekunlaşıb

22 Mart 2023

“Develop with AIESEC” layihəsi yekunlaşıb

100 nəfər gəncin iştirakı ilə keçirilən “Develop with AIESEC” layihəsi yekunlaşıb.

“Məhsul: Sən”, “Karyerada addımlar”, “Motivasiya”, “Başlanğıc nöqtəsi” kimi müxtəlif mövzuları

əhatə edən layihənin məqsədi iştirakçılara özlərini və çətinliklərini ifadə edə biləcəkləri mühit yaratmaq, onları dinləmək və bu problemlərin həlli üçün birlikdə müvafiq müzakirələr aparmaqdan ibarət olub.

Layihə müxtəlif təlim və vörkşopları da özündə cəmləşdirib.

Qeyd edək ki, layihə AR Gənclər Fondunun dəstəyi, NAYORA-nın Gənclər Təşkilatlarlarının Fəaliyyətlərinin Dəstəklənməsi Proqramı - 2.0 çərçivəsində AIESEC Azərbaycan Təşkilatı tərəfindən həyata keçirilib.