Dünya şöhrətli Xalq yazıçısı Çingiz Abdullayev ilə görüşümüz baş tutdu

2 İyun 2022

Dünya şöhrətli Xalq yazıçısı Çingiz Abdullayev ilə görüşümüz baş tutdu

Bu gün “Əbədi Sevgi - Vətən” layihəsi çərçivəsində ikinci görüşümüz dünya şöhrətli Xalq yazıçısı Çingiz Abdullayev ilə baş tutdu. 🤩

Görüş zamanı yazıçı müxtəlif istiqamətlərdə dəyərli fikirlərini gənclərlə bölüşüb, onlar tərəfindən ünvanlanan sualları cavablandırdı.

Məlumat üçün vurğulayaq ki, layihə çərçivəsində sonda gənc qazilərin və şəhidlərin şeirlərindən ibarət kitab çap olunacaq.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən keçirilir.