“Dövlət və Özəl sektor ilə Gənclər Təşkilatlarının KSM istiqamətində əlaqələrinin gücləndirilməsi” Forumu keçiriləcək

30 Noyabr 2022

“Dövlət və Özəl sektor ilə Gənclər Təşkilatlarının KSM istiqamətində əlaqələrinin gücləndirilməsi” Forumu keçiriləcək

Əziz gənclər təşkilatlarının rəhbər və nümayəndələri,

6 dekabr tarixində “Dövlət və Özəl sektor ilə Gənclər Təşkilatlarının KSM istiqamətində əlaqələrinin gücləndirilməsi” Forumu keçiriləcək!

Forumun keçirilməsində əsas məqsəd, Azərbaycanda fəaliyyət göstərən aparıcı gənclər təşkilatlarının Korporativ Sosial Məsuliyyət (KSM) haqqında məlumatlılığının artırılması və gənclər təşkilatlarının maraqlı tərəflər ilə birgə fəaliyyətlərin həyata keçirilməsində qarşılıqlı səmərəli əlaqələrin inkişaf etdirilməsindən ibarətdir.

Forumda KSM sahəsində gənclər təşkilatlarının özəl sektor və dövlət qurumları ilə birgə fəaliyyətlərin həyata keçirilməsi mexanizmləri müzakirə ediləcək.

📌Qeyd edək ki, forum AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçiriləcək.