“Dövlət və Özəl sektor ilə Gənclər Təşkilatlarının KSM istiqamətində əlaqələrinin gücləndirilməsi” forumu keçirilib

6 Dekabr 2022

“Dövlət və Özəl sektor ilə Gənclər Təşkilatlarının KSM istiqamətində əlaqələrinin gücləndirilməsi” forumu keçirilib

Bu gün “Dövlət və Özəl sektor ilə Gənclər Təşkilatlarının KSM istiqamətində əlaqələrinin gücləndirilməsi” forumu keçirildi.

Ümumi olaraq iki hissədən ibarət forumun ilk mərhələsini rəsmilərin çıxışları ikinci hissəsini isə panel müzakirələri əhatə edib.

Forumda ilk olaraq söz açılış nitqi üçün NAYORA-nın sədri Azər Əliyevə verilib. Bununlada tədbirin rəsmi hissəsi başlayıb. İlk olaraq Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva çıxış edərək gənclər təşkilatları ilə dövlət və özəl sektor arasında əlaqələrin gücləndirilməsi baxımından keçirilən bu cür təşəbbüsləri dəstəklədiyini bildirib. Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, KOBİA-nın biznesə xidmətlər departamentinin müdiri Natiq Heydərov və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin İdarəolunması departamentinin əməkdaşı Natiq Lahıcov da çıxış ediblər.

Forum rəsmilərin çıxışlarından sonra ümumi müzakirələr və iştirakçıların ünvanladıqları suallar ilə interaktiv şəkildə davam edib.

Qeyd edək ki, forum AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və AR Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilib.