“Dövlət və Özəl sektor ilə Gənclər Təşkilatlarının KSM istiqamətində əlaqələrinin gücləndirilməsi” forumu panel müzakirələri ilə davam edib

7 Dekabr 2022

“Dövlət və Özəl sektor ilə Gənclər Təşkilatlarının KSM istiqamətində əlaqələrinin gücləndirilməsi” forumu panel müzakirələri ilə davam edib

“Dövlət və Özəl sektor ilə Gənclər Təşkilatlarının KSM istiqamətində əlaqələrinin gücləndirilməsi” forumu panel müzakirələri ilə davam edib.

Beləki, NAYORA-nın sədr müavini Ülviyyə Axundovanın moderatorluğunu etdiyi ilk panel müzakirəsi “Özəl sektor ilə gənclər təşkilatlarının KSM istiqamətində davamlı əlaqələrin inkişafında mövcud çatışmazlıqlar və onların həlli yolları” mövzusunda keçirildi. Spiker qismində DMA-nın Sosial Proqramlar şöbəsinin müdiri Vüqar İmanov, EKVİTA şirkətinin Biznesin İnkişafı və Marketinq şöbəsinin rəhbəri Kənan Səlimov, KOBSKA-nın sədri Nigar Ələsgərova və “OBA” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Kamilə Məhərrəmli iştirak ediblər.

Forum zamanı qeyd edilən mövzu ətrafında ümumi müzakirələr aparılmış və tədbir iştirakçılarının ünvanladıqları suallar spikerlər tərəfindən cavablandırılmışdır.

İştirak üçün dövlət qurumlarına, şirkətlərə və gənclər təşkilatlarına təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, layihə AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və AR Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilib.