“Erasmus Village” layihəsində NAYORA olaraq biz də iştirak etdik
14 Noyabr 2022

Erasmus+ proqramının 35-ci ildönümünə həsr olunmuş “Erasmus Village” layihəsində NAYORA olaraq biz də iştirak etdik.
Layihə çərçivəsində bir sıra rəsmilərin və gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə açılış mərasimi, panel müzakirələr və yekun olaraq Xaricdə təhsil və təcrübə sərgisi baş tutub.
QHT-lərin və gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin gücləndirilməsində yeni çağırışlar və imkanlar mövzusunda baş tutan Panel müzakirəsində NAYORA-nın sədri Azər Əliyev spiker qismində iştirak edib.
Xaricdə təhsil və təcrübə sərgisində də stendimiz öz yerini alıb.
Qeyd edək ki, layihə AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Erasmus Tələbə Şəbəkəsi Azərbaycan İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.