Evdə qalaraq beynəlxalq layihələrdə iştirak edin

16 Aprel 2020

Evdə qalaraq beynəlxalq layihələrdə iştirak edin

Son müraciət tarixi: 19 Aprel 2020

MÜRACİƏT ET

Zehni sağlamlıq haqqında danışaq!

Tarix: 11-13 may 2020

Proqramın məqsədi: 

Dünyanın üzləşdiyi bu vəziyyətdə, psixi sağlamlıq dəstəyi qeyri-müəyyənliyin, dəyişimin və təcrid olunmanın öhdəsindən gəlmək üçün çox vacibdir. Gənc işçilər yaxşı zehni sağlamlığı və sağlam həyat tərzini təbliğ etmək üçün bacarıq və düşüncələrə ehtiyac duyurlar. Beləliklə, zehni sağlamlıqla bağlı mövzuları və bunun gənclərin həyatı ilə necə əlaqəli olduğunu daha yaxşı anlamaq, rifah halında, oflayn və onlayn olaraq müsbət zehni sağlamlığa dəstək olmağın yollarını öyrənmək, gənclərin rifahının inkişafı barədə yaxşı təcrübələr və zehni sağlamlıq problemlərinin aradan qaldırılması ilə bağlı gənclərin iş təcrübələri haqqında məlumat əldə etmək və öz təcrübələrinizi bölüşmək üçün; Gəlin, zehni sağlamlıq haqqında danışaq!

İştirakçı tələbləri:

Bu seminar gənc işçilər və gənclərlə iş sahəsində digər müvafiq vəzifələrdə çalışanlar üçündür. Hazırda gənclərin iş kontekstində zehni sağlamlıq mövzularında çalışan və ya işləmək istəyənlər üçün əla fürsətdir. İngilis dilində ünsiyyət qurmağı bacarmalısız. Öyrəndiklərinizi həmkarlarınızla bölüşməyinizi və yeni bilik və bacarıqlarınızı öz iş yerinizdə gənclərə tətbiq etməyinizi də həmçinin gözləyirik. Lazımi texniki avadanlıqlar: Kamera, mikrofon və etibarlı internet bağlantısı olan kompüter. https://zoom.us/ seminarın əsas rəqəmsal platforması olacaq. İştirak etmək üçün seçilərsinizsə bu proqramı yükləməli olacaqsınız.

Məlumat üçün son gün: 19 aprel 2020

Təşkilatçı: Erasmus+: Aktiv Ungdom

Ətraflı məlumat və müraciət üçün : https://bit.ly/3cquFjN 

"Dayanıqlı Yaşıl Avropa üçün İştirak və Məlumat"

Tarix: 24 aprel 2020

Onlayn forumda müzakirə olunacaq mövzular: Gənclərin ətraf mühitə aid olan aktivliyi ;

Mülkiyyət, motivasiya və digər perspektivlər:

Gənclərin aktivizm barədə səyahətləri;

Gələcək üçün Cümə Günləri- İqlim Dəyişikliyi zamanında Ətraf Mühitə aid olan aktivlik;

Təşkil olunmuş hərəkatlar və siyasi aktivlik ;

Qərar qəbul edən şəxslər, media nümayəndələri və ümumiyyətlə publika ilə ünsiyyətdə olan zaman atılması lazım olan və olmayan addımlar və s. mövzular müzakirə ediləcək.

İştirakçı tələbləri: Gənclərlə iş sahəsində çalışan şəxslər, Təlimçilər, Gənc liderlər, Gənclərə aid layihə menecerləri, Gənclər siyasətinin qurucuları, Könüllülük mentorları, Gənc kouçlar, Gənc tədqiqatçılar.

Son müraciət tarixi: 21 aprel

Təşkilatçı: SALTO Resurs Mərkəzi

Ətraflı məlumat və müraciət üçün link: https://bit.ly/2xB534J

Grow to Dream – COVID-19 pandemiyası dövründə könüllülük fəaliyyəti

Tarix: 24-25 aprel 2020

Proqramın məqsədi: WEB-Forumu COVID-19 ətrafındakı problemlərlə üzləşən Avropa Həmrəylik Korpusu Könüllülük layihələrində iştirak edən mütəxəssislər, gənclər işçiləri, ictimai fəallar, könüllülər arasında xüsusi dialoq üçün bir platforma yaratmaqdır.

İştirakçı tələbləri: Gənc işçiləri, Təlimçilər, Layihə menecerləri, Könüllü Koordinatorlar, Gənc tədqiqatçılar

Təşkilatçı: Cabuwazi-Grenzkultur

Son müraciət tarixi: 19 aprel 2020

Ətraflı məlumat və müraciət üçün link:

https://bit.ly/3agEDCC

#NAYORA #AzeYouthPolicy #YouthStrategy