Fərid Qayıbov Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb
26 Noyabr 2021

25 noyabr 2021-ci il tarixində Gənclər və idman naziri Fərid Qayıbov Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb, onlarla ayrı-ayrılıqda tanış olub və təkliflərini dinləyib.
İctimai Şuranın fəaliyyətinə uğurlar arzulayan Fərid Qayıbov, müntəzəm olaraq məsləhətləşmə və müzakirələrin aparılmasına hazır olduğunu və bunun vacibliyini qeyd edib. Görüş zamanı Şuranın 2021-ci ilin dekabr – 2022-ci ilin mart ayları üçün fəaliyyət planı da müzakirə edilib.