FIFA20 2-ci Liqasına düşmə şansı!
14 May 2020

Son müraciət tarixi: 24 May 2020
“Gaming League Azerbaijan” FIFA20 oyunu üzrə ilk rəsmi Azərbaycan çemiponatının 2-ci liqasının seçmə mərhələsini elan edir! Əgər siz də özünüzü güclülər sırasında görürsünüz və ən güclü oyunçularla yarışmaq istəyirsinizsə, o zaman vaxt itirmədən bu linkdən https://bit.ly/fifanl2 qeydiyyatdan keçin. “Gaming League Azerbaijan”, Azərbaycan Kiber İdman Federasiyası, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Topazın birgə təşkil etdiyi liqada ilk 3 pillənin sahibləri mükafatlar qazanmaqla yanaşı, FIFA20 1-ci Liqasına vəsiqə əldə edəcəklər. May ayının 24-ü, saat 12:00-da start götürəcək seçmə mərhələnin sonunda ən yaxşı nəticə göstərən 20 iştirakçı 2-ci liqada iştirak etmə şansı qazanacaq. Oyunlar “online” şəkildə olimpiya sisteminə uyğun keçiriləcək.