Finlandiyada baş tutacaq “Məktəblərdə gənclərlə iş mövzusunda öyrədici səfər” təlim kursu
18 Mart 2020

Son müraciət tarixi: 1 Aprel 2020
Finlandiyada baş tutacaq “Məktəblərdə gənclərlə iş mövzusunda öyrədici səfər” təlim kursu
⌛ Tarix: 17-21 May 2020
Məkan: Lahti, Finlandiya
✔Proqramın məqsədi:
1. İştirakçıları Finlandiyada yerləşən məktəblərdə gənclərlə iş sahəsində istifadə olunan fərqli metodlar və kooperativləşmə modelləri haqqında məlumatlandırmaq.
2.Səfərə cəlb olunmuş təşkilatların və bütün iştirakçıların bilik və bacarıqlarının artmasına xüsusi dəstək göstərmək.
3. İştirakçıların öz fəaliyyətlərində istifadə edə biləcəkləri yüksək səviyyəli təcrübəni mənimsəməsi üçün lazımi şərait yaratmaq.
✔İştirakçı tələbləri:
1. Gənclər sahəsində çalışan və məktəblərdəki gənclər sahəsinə aid bacarıqlarını artırmaq istəyən şəxslər;
2. Gənclər və təhsil sektorları arasında əməkdaşlıq yaratmaq və ya inkişaf etdirməkdə maraqlı olan şəxslər;
3. Gənclər sektorunda təcrübəsi olan şəxslər;
4. Avropa Həmrəylik Korpusu və Erasmus+ çərçivəsində məktəblərdə gənclərlə iş sahəsində yeni layihələr yaratmaqla maraqlanan şəxslər;
5. İngilis dilində sərbəst çalışmaq və ünsiyyət qurmaq bacarığı olan şəxslər;
6. Bir birindən debat və təhlil zamanı öyrənməyi arzulayan şəxslər.
Müraciət üçün son gün: 1 aprel 2020
Təşkilatçı: Finnish National Agency, EDUFI
Məlumat və müraciət üçün link: https://bit.ly/38Yplle
#NAYORA #AzeYouthPolicy #YouthStrategy