Fransanın Strasburq şəhərində “Gənclərin hüquqlara çıxışı” layihəsi çərçivəsində 50/50” təlimində iştirak edirik

24 May 2022

Fransanın Strasburq şəhərində “Gənclərin hüquqlara çıxışı” layihəsi çərçivəsində 50/50” təlimində iştirak edirik

Bu gündən etibarən Fransanın Strasburq şəhərində “Gənclərin hüquqlara çıxışı” layihəsi çərçivəsində 50/50” təliminə start verilib.

Qeyd edək ki, təlimlər Azərbaycandan olan milli, regional və yerli səviyyədə gənclərlə işləyən dövlət təşkilatlarının mütəxəssisləri və gənclərlə işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün nəzərdə tutulub.

30 nəfərin iştirakı ilə Avropa Gənclər Mərkəzində beş gün boyunca davam edəcək layihədə NAYORA-nın Yerli layihələrlə iş üzrə katibi Rinat Abbasov da iştirak edir.

Seminar Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində Avropa Şurasının Gənclər Departamenti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunur.