Futbol çempionatının 1/8 mərhələsi yekunlaşıb

3 May 2023

Futbol çempionatının 1/8 mərhələsi yekunlaşıb

Gənclər təşkilatları arasında keçirilən futbol çempionatının 1/8 mərhələsi yekunlaşıb.

“Heydər Əliyev İli” çərçivəsində keçirilən yarış zamanı 8 komanda qalib gələrək digər mərhələyə keçmək şansı qazanıb.

Qeyd edək ki, çempionat Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə NAYORA tərəfindən həyata keçirilir.

Yarışda iştirak edən təşkilatlara uğurlar arzu edir, qalib komandaları isə təbrik edirik.