Futbol çempionatının ilk mərhələsi keçirilib

1 May 2023

Futbol çempionatının ilk mərhələsi keçirilib

Gənclər təşkilatları arasında keçirilən futbol çempionatının ilk mərhələsi 8 komanda arasında keçirildi.

“Heydər Əliyev İli” çərçivəsində keçirilən yarış zamanı 4 komanda qalib gələrək digər mərhələyə keçmək şansı qazanıb.

Qeyd edək ki, çempionat AR Gənclər Fondunun dəstəyi ilə NAYORA tərəfindən həyata keçirilir.

Yarışda iştirak edən təşkilatlara uğurlar arzu edir, qalib komandaları isə təbrik edirik.