Gəlin, Ağdamın mədəni irsini birlikdə tanıyaq

5 Yanvar 2021

Gəlin, Ağdamın mədəni irsini birlikdə tanıyaq

Gənclər, gəlin Ağdamın mədəni irsini birlikdə tanıyaq🤩

Qədim tarixə malik olan 📍Ağdam rayonu istər tarixi-memarlıq abidələri, tanınmış tikililəri, incəsənəti ilə seçilmişdir. Regionun tarixi abidələrinə XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalasını qeyd etməklə bərabər, şəhərdə memarlıq üslubu ilə diqqəti cəlb etmiş 1986-cı il iyul ayının 26-da açılan Çay evini də qeyd etmək lazımdır. Bu Çay evinin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar işləyən Naiq Səmədov olub. Dünyada ikinci hesab edilən Ağdam Çörək muzeyinin yaradılması ideyası 1982-ci ildə rayon partiya komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayevə məxsusdur. 25 noyabr 1983-cü ildə muzey ilk ziyarətçilərini qəbul etmiş, Çörək Muzeyinin yerləşdiyi dəyirman XIX əsrin sonlarında rayonun tanınmış nəsillərindən olan Məhəmməd Qarayev tərəfindən inşa edilmişdi.

Mədəni irs deyən zaman mütləqdir ki, milli musiqimiz olan muğama da toxunaq. Ağdam musiqi irsinin mühüm hissəsinə muğam daxildir. 1956-cı ildə Ağdamda Xosrov Fərəcovun rəhbərliyi ilə "Şur" ansamblı yaradılmış, 1985-ci ildən fəaliyyət göstərən Ağdam muğam məktəbi, "Qarabağ bülbülləri" ansamblı ilə dövlət tədbirlərində, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, televiziyada, hərbi hissələrdə geniş proqramla konsertlər vermişdir.

Ağdamın tanınmış incəsənət xadimlərindən biri Qurban Primovdur. O 1880-ci ilin oktyabrında Şuşa qəzasının Abdal Gülablı kəndində dünyaya gəlmidir. Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlamış, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirmiş, dramatik və musiqili səhnə əsərlərində tarda müşayiət etmişdir. O, Üzeyir Hacıbəyovun 1908-ci ildə ilk dəfə tamaşaya qoyulan "Leyli və Məcnun" əsərində orkestrin solisti olmuş, tarda ifa etmişdir.

Qurban Primovla yanaşı Ağdamın incəsənət xadimlərinə, Azərbaycan teatr aktyoru Murad bəy Muradov, xanəndə Mürşüd Məmmədov, kamança ustası Elman Bədəlov, xanəndə Səxavət Məmmədov, teatr və kino aktrisası Almaz Mustafayeva və bir çoxlarını qeyd etmək olar.

#QarabağAzərbaycandır #Ağdam #QələbəmİZ