Gəlin, Cəbrayılın görməli yerlərini tanıyaq!

27 Noyabr 2020

Gəlin, Cəbrayılın görməli yerlərini tanıyaq!

⬇️Hər birinizi Cəbrayılın gəzməli-görməli yerlərini tanımağa dəvət edirik⬇️

🔹Cəbrayıl öz səfalı guşələri, memarlıq abidələri ilə ziyarətçilərini təəccübləndirən regionlarımızdandır. Cəbrayıla gedən zaman mütləqdir ki, diqqətinizə çatdıracağımız yerlərə ziyarət edəsiniz.

İlk olaraq rayonun Çələbi kəndində yerləşən, tikintisi XVI əsrə aid məscid-mədrəsə Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən hicri təqvimi ilə 1088-ci ildə tikilmişdir. Dini və dünyəvi elmlərin tədris edildiyi bu məscid-mədrəsədə din xadimləri, alimlər dərs demişlər. XVIII əsr məşhur Azərbaycan klassik şairi Molla Vəli Vidadi bu mədrəsədə dərs demişdir.

🔹Rayonun ən səfalı guşələrindən biri isə Dağ-Tumas kəndi yaxınlığında yerləşən, Cəbrayılda böyükdən kiçiyə hər kəsin "Divlər sarayı" adlandırdığı mağara dağların altı ilə 7-8 kilometr uzanır. Mağarının uzandığı istiqamətdə "Yel quyusu" yerləşir və quyu ağzından həmişə buxar çıxması ilə digərlərindən fərqlənir.

🔹Bundan əlavə, rayonun Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, Şıxlar kəndi yaxınlığında "Şəhərcik qalıqlar", "Qışlaq yerləri", Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Dağ-Tumas kəndindəki "Başıkəsik Gümbəz", Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı", Şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Bu tarixi abidələri yaxın gələcəkdə canlı ziyarət etmək indidən hər birimizdə dərin maraq oyadır.

#KarabakhisAzerbaijan #Cəbrayıl #Qələbəmiz