Gəlin, Cəbrayılın mədəni irsini tanıyaq🤩

23 Noyabr 2020

Gəlin, Cəbrayılın mədəni irsini tanıyaq🤩

📍Gəlin, Cəbrayılın mədəni irsini tanıyaq🤩

🔹Cəbrayıl ərazisində Azərbaycan memarlıq sənəti tarixini bəzəyən körpülər, qalalar, türbələr və bir çox monumental abidələr var. Araz çayı üzərində ucalan iki möhtəşəm Xudafərin körpüsü Azərbaycan memarlığı tarixinə qızıl hərflərlə yazılan sənət əsərləridir. Körpülərdən on bir aşırımlı xalq arasında "Baş Xudafərin körpüsü" adlandırılır. Digər tanınmış abidə isə Diri dağında yerli əhalinin "Qız qalası" adlandırdığı və tədqiqatçıların XII-XIV əsrlərə aid etdikləri orta əsr memarlığının gözəl nümunələrindəndir. Qaladan baxarkən Diri dağından Naxçıvan istiqamətinə qədər ərazilər və İran Arazboyu hissəsi tam aydın görünür. Orta əsr Azərbaycan memarlığının digər abidəsi Sultan Məcid hamamıdır.

🔹Cəbrayıl Azərbaycan xalq ədəbiyyatına Qurbani kimi ustad sənətkar vermişdir. Qurbani aşıq şeirinin əksər formalarında yazmış, özü də novator sənətkar kimi ədəbi formaya yenilik gətirmiş, "divani" aşıq şeir formasını yaratmışdır. Bunlardan ən məşhuru Şah İsmayılın ölümünə yazdığı mərsiyədir. XIX əsrdə Cəbrayıl ellərinin Azərbaycan poeziyasına verdiyi istedadlı şairlərdən biri də aşıq Pəridir. O həyat yoldaşının dindar biri olmasına baxmayaraq, özünü azad qadın kimi aparmış, şeirlər yazaraq kişi şairlər ilə deyişmişdir.

#KarabakhisAzerbaijan #Cəbrayıl