Gəlin, Cəbrayılın mədəniyyət nümunələrini tanıyaq

25 Noyabr 2020

Gəlin, Cəbrayılın mədəniyyət nümunələrini tanıyaq

📍Gənclər, Cəbrayıl sənətkarlığını daha yaxından tanımaq üçün sizlərə maraqlı məlumatları əhatə edən kontent hazırladıq, oxumağa davam edin🤩

🔹Bildiyimiz kimi, Cəbrayıl rayonu nəinki, memarlıq abidələrinin, saz-söz ustalarının eyni zaman da sənətkarların da beşiyidir. Məhz bu səbəbdən ilkin olaraq rayonun xalçaçılıq və baramaçılıq ilə məşhur olduğunu deyə bilərik. Cəbrayıl xalçaları Azərbaycan məktəbində ayrıca bir qrup təşkil edərək məşhur "Qarabağ" növünə daxil edilmişdir. Bu xalçalar yundan və ipəkdən toxunaraq, qız-gəlinlərin ilmə-ilmə, naxış-naxış, toxuduqları "Qasımuşağı", "Xanlıq", "Kürd","Qara-qoyunlu", "Bəhmənli" adlı xovlu-xovsuz xalçaları, kilim, palaz, cecimləri ilə məşhur olmuşdur. Görkəmli sənətşünas L.Kərimov yazır ki, Cəbrayılın Mirzəcanlı, Əfəndilər, Daşkəsən və Süleymanlı kəndlərində toxunan xalçalar ən gözəl xalçalar hesab edilir.

🔹1878-ci ildə cəbrayıllı hacı İskəndər Məhərrəm oğlunun ilk dəfə olaraq bütün şərqdə məşhur olan indiqo boyasından iki çuval İrandan Cəbrayıla gətirməsi ilə gəbə toxumaq üçün tünd göy boya almaq dəbə düşdü. Yazılı mənbələrində isə Cəbrayıl da Yasəmən Aslan qızı, Nabat Abasqulu qızı, Səadət Yusif qızı və başqa mahir gəbə ustalarının adları çəkilir.

🔹Cəbrayıl sənətkarlığına toxunan zaman mütləqdir ki, onun bir parçası olan xəttatlıqdan da bəhs edək. Cəbrayıllı əməkdar incəsənət xadimi Seyfəddin Mənsimoğlu Azərbaycanın usta xəttatlarındandır. Onun "Soltan Məhəmməd", "Rəhil" əsərləri Almaniyanın Berlin şəhərindəki İslam Mədəniyyəti Muzeyinin ekspozisiyasında saxlanır. “Rumi”, “Nizami Gəncəvi”, “Məhəmməd Füzuli”, “Üzeyirbəy Hacıbəyli”, “Məhsəti Gəncəvi” və “Xaqani Şirvani” kimi bir əsəri vardır.

#KarabakhisAzerbaijan #Cəbrayıl