Gəlin, Kəlbəcərin tarixi və etnoqrafiyasını birlikdə öyrənək

30 Noyabr 2020

Gəlin, Kəlbəcərin tarixi və etnoqrafiyasını birlikdə öyrənək

📍Kəlbəcərin tarixini və etnoqrafiyasını birlikdə öyrənək🤩

🔸 "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala" deməkdir. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərdə 📍"Türk qəbiristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və.b kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

🔸Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də ermənistan ordusu tərəfindən işğal olunan zaman, 53.340 nəfər öz ata yurdlarından qovulmuşdur. 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 📍25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.

#KarabakhisAzerbaijan #KəlbəcərimİZ #QələbəmİZ