Gəlin, Laçının gəzməli, görməli yerlərini tanıyaq

16 Dekabr 2020

Gəlin, Laçının gəzməli, görməli yerlərini tanıyaq

📢Gənclər, bəs siz Laçının hansı gəzməli görməli yerlərini tanıyırsınız?

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən zəngin flora və faunaya malik, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı və İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı ərazinin turizm imkanlarını genişləndirir. Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Burda 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri var. Abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünə aiddir.

İlıqsu Laçın rayonunun Minkənd və Əhmədli kəndlərinin ərazilərində yerləşir. Bu bulaqlar hidrokarbonat-xlorid-natriy-maqniy-kalsiy xassəli olub ilıq 280J Narzandır. Bu su yerli əhalinin sevimli müalicəvi vasitəsi sayılır. Qeyd etmək lazımdır ki, Laçın rayonunun , xüsusilə də Minkənd və Əhmədli kəndlərinin ərazilərində onlarla Narzan tipli soyuq mineral su bulaqlarına rast gəlmək olur. İlıqsu hidronimi bəzi mənbələrdə "İlxısu", "İstisu" variantlarda işlənmişdir. Hətta keçən əsrin sonlarında ətraf rayonlardan bura dincəlmək üçün minlərlə insan gələrdi.

Rayonun gəzməli görməli yerlərinə daxil olan, tarixi və maddi-mədəni abidələri vardır. Bunlara: Laçın rayonunun Qarqışlaq kəndi ərazisində yerləşən qədim alban məbədi Dəmirovlu pir məbədi; Ağoğlan çayının sahilində yerləşən Ağoğlan monastırı; Hüsülü kəndinin ərazisində yerləşən Həmzə Sultan sarayı və s. aiddir.

#Laçın #NAYORA #QarabağAzərbaycandır