Gəlin, Zəngilan rayonunun sənətkarlıq nümunələrini tanıyaq

23 Dekabr 2020

Gəlin, Zəngilan rayonunun sənətkarlıq nümunələrini tanıyaq

📌Gəlin, Zəngilan rayonunun sənətkarlıq nümunələrini tanıyaq⬇️🤩

🔹Rayonun ərazisində "Şəhri Şərifan" və ya Şəhri Xəlifan adı ilə tanınan orta əsr şəhərinin xarabalıqları aşkar olunmuş, ilk qazıntılar isə burada ilk mədəni təbəqənin olduğunu aşkar etmişdir. Qazıntılar və tapılmış arxeoloji materiallar şəhərdə duluşçuluq və metalişləmə sənətinin inkişaf etdiyini göstərir.

🔹Zəngilan rayonunun sənətkarlıq nümunələrini qoruyub saxlayan və nümayiş etdirən muzeylər vardır ki, onlardan biri Zəngilan Tarix-Diyarşünaslıq Muzeyidir. 1980-ci ildə Zəngilan rayonun tərkibində yaradılmış, 1993-cü ilin oktyabr ayında erməni işğalçıları tərəfindən rayon işğal olunduğu üçün Zəngilan rayon Tarix Diyarşünaslıq muzeyinin fəaliyyəti dayandırılmışdır.

🔹XVII–XX əsrlərə aid vaxtilə Zəngilan rayonundan gətirilmiş eksponatlar muzeydə qorunurdu və orada 6000-ə yaxın eksponat qorunub saxlanılırdı. Eksponatların bir çoxu Zəngilan rayonunun əhalisinin həyat və məişət tərzini əks etdirən əşyalardan ibarətdir. Muzeydə mühafizə olunan eksponatlar içində gümüş qədimi pullar, şəhər və kənd əhalisinin ev məişətində işlənən qablar, qədimi qılınclar, qiymətli bəzək əşyaları,arxeoloji qazıntılar nəticəsində tapılmış qızıl tərkibli daşlar, qədimi silahlar, gümüş xəncərlər, qədimi ov tüfəngləri yer alır. Zəngilanın müxtəlif bölgələrində xalçalar, kilimlər, palazlar, sandıq, tikiş maşını, cəhrələr, nehrələr, yundaraqları, toxunmuş əl işləri, qədimi kəlağayılar muzeydə Qarabağ xalçaçılıq mərkəzinin tərkib hissəsində toplanmışdır. Muzeydə Azərbaycan milli musiqi alətləri — saz, zurna, balaban, nağara, dəf (qaval), bunlarla yanaşı milli geyimlərdə qorunub saxlanılır. Qədim tarixə malik Zəngilan rayonunun qədimliyini əks etdirən xalçalar, gümüş kəmərlər, 70-ci illərdə rayonda aparılan qazıntı zamanı aşkarlanan orta əsrlərə aid sikkələr, daha qədim dövrü əhatə edən mis qab-qacaq və silahlar, eləcə də qızıl yataqlarımızdan götürülmüş nümunələr nümayiş etdirilmişdir.

#Zəngilan #ZəfərimİZ #QarabağAzərbaycandır