Gənclər Günü ilə bağlı görüş keçirildi
2 Fevral 2022

1 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 2 Fevral Gənclər gününə həsr olunmuş tədbir həyata keçirildi.
Tədbirdə Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Müşfiq Cəfərov, AR Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov, AR Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Faiq Məmmədov, AR Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev və AR Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Ramin Həbibzadə çıxış edərək öz təbrik və ürək sözlərini bölüşdülər.
Məlumat üçün qeyd edək ki, tədbir zamanı NAYORA-ya üzv və tərəfdaş olan gənclər təşkilatlarına 5 nominasiya üzrə Müşfiq Cəfərov, Seymur Hüseynov, Faiq Məmmədov və Ramin Həbibzadə tərəfindən mükafatları təqdim olunub.
Nominasiyalar:
1. "Regionlarda gənclərlə iş sahəsi üzrə fəaliyyətinə görə"
2. "Beynəlxalq arenada səmərəli fəaliyyətinə görə"
3. "Gənclərin inkişafına verdiyi töhfəyə görə"
4. "Dayanıqlı və səmərəli tərəfdaşlıq üçün"
5. "Gənclərin sosial inkişafına verdiyi dəstəyə görə"
Bir daha bütün gənclər təşkilatlarını Gənclər Günü münasibəti ilə təbrik edir və fəaliyyətlərində uğurlar arzu edirik.