Gənclər insan alverinə yox deyir"
15 Aprel 2022

14 aprel tarixində "Gənclər insan alverinə yox deyir" görüşü baş tutdu.
Qeyd edək ki, görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşəbbüsü, NAYORA-nım təşkilatçılığı, həmçinin Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə Mübarizə Baş İdarəsinin və İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin tərəfdaşlığı ilə keçirildi.
Görüş çərçivəsində gənclər qeyd edilən mövzuda qonaqlar tərəfindən məlumatlandırıldı və bu məsələyə qarşı mübarizə ilə bağlı müzakirələr aparıldı.
Sonda isə gənclərin sualları cavablandırıldı.