Gənclər Soruşur, Biz Cavablayırıq" layihəsi ilə yenidən qarşınızdayıq!
24 Aprel 2021

Son müraciət tarixi: 30 Aprel 2021
Gənclər Soruşur, Biz Cavablayırıq" layihəsi ilə yenidən qarşınızdayıq!
Əziz Gənclər!
Bu dəfə Siz soruşacaqsız, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli cavablayacaq. :)
"Gənclər Soruşur, Biz Cavablayırıq" layihəsinin növbəti qonağı Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylidir.
Layihə çərçivəsində siz, cənab Mustafa Abbasbəyliyə sədri olduğu Dövlət Məşğulluq Agentliyinin gənclərə yönəlik məşğulluq sahəsində gördüyü və görəcəyi işlər, həmçinin qurumun gələcək fəaliyyət istiqamətləri üzrə həyata keçirəcəyi fəaliyyətlər haqqında suallar verə bilərsiniz. Sualların maksimum qısa və fikri tam ifadə edə bilən olması xahiş edilir.
Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin təşkili istiqamətində və suallarınızın qonaqlar tərəfindən hansı formatda cavablandırılacağı ilə bağlı ilkin təəssüratlarınızın yaranması üçün, layihəmizin ilk qonağı Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun layihə çərçivəsində hazırlanmış videoçarxını qeyd olunan linkə keçid edərək izləyə bilərsiniz.
https://youtu.be/JxbLSoeFRDQ
#DMA #DövlətMəşğulluqAgentliyi #NAYORA #Birlikdə #GənclərSoruşurBizCavablayırıq