Gənclər Təşkilatları 20 Yanvar şəhidlərini yad ediblər

20 Yanvar 2022

Gənclər Təşkilatları 20 Yanvar şəhidlərini yad ediblər

Gənclər Fondunun əməkdaşları, Gənclər Təşkilatları Milli Şurası və aparıcı gənclər təşkilatlarının nümayəndələri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Xalqımızın tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur günü kimi həkk olunan 20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.

Vətənin suverenliyi və müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edən gənclər ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyublar.

Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq.