Gənclər Təşkilatlarında İnsan Resurlarının idarə edilməsi

6 Dekabr 2021

Gənclər Təşkilatlarında İnsan Resurlarının idarə edilməsi

NAYORA tərəfindən cari ilin dekabr ayı gənclər təşkilatlarında insan resurslarının idarə edilməsinin təkminləşdirilməsi istiqaməti olaraq seçilmiş və bu istiqamətdə təlimlərə start verilmişdir. 🤩

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan İnsan Resursları İnstitunun birgə təşkilatçılığı ilə “Gənclər Təşkilatlarında İnsan Resurlarının idarə edilməsi” proqramının ilk təlimi “Yüksək potensiallı namizədləri müəyyən etmək üçün 30 davranış müsahibə sualı və uğurlu müsahibəyə hazırlıq” mövzusunda baş tutdu.

Gənclər təşkilatlarında insan resurları və aidiyyəti istiqamətlərdə fəaliyyət göstərən 30 nəfər şəxsin iştirakı ilə baş tutan təlimlər 1 ay müddətində davam edəcək və sonda iştirakçılar sertifikatla təltif olunacaqlar.