Gənclər Təşkilatlarında İnsan Resurslarının idarə edilməsi
23 Oktyabr 2021

Son müraciət tarixi: 1 Noyabr 2021
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Azərbaycan İnsan Resursları İnstitutu ilə birlikdə gənclərin karyera inkişafı və onların insan resursları sahəsi üzrə fundamental biliklərinin formalaşması, ölkəmizdə gənc insan kapitalının daha da inkişaf etdirilməsinə dəstək məqsədi ilə "Gənclər Təşkilatlarında İnsan Resurslarının idarə edilməsi" proqramına start verilir
Gənclər Təşkilatlarında İRİE proqramı
Proqramda iştirak ödənişsizdir!