Gənclər təşkilatlarının İctimai Nəzarət Qruplarının fəaliyyət statistikası

3 Dekabr 2020

Gənclər təşkilatlarının İctimai Nəzarət Qruplarının fəaliyyət statistikası

✨44 gün davam edən və tarixi zəfər ilə başa çatan Vətən müharibəsi dövründə Bakı və regionlarda Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən İctimai Nəzarət Qrupları arxa cəbhədə informasiya müharibəsində aktiv iştirak etdilər.

30 Gənclər təşkilatının nümayəndələrindən ibarət İctimai Nəzarət Qrupları:

🔹15 rayonda 3000 gənc arasında maarifləndirmə tədbirləri həyata keçirdi;

🔹COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün bukletlər təqdim etdi;

🔹Region gəncləri arasında onları narahat edən məsələləri araşdırmaq üçün 2000-ə yaxın sorğu apardı;

🔹Bayraqlar təqdim edərək insanlar arasında ruh yüksəkliyini artırdı;

🔹 Gəncləri informasiya müharibəsində aktiv olmağa çağırdı

Və artıq İctimai Nəzarət Qrupları öz fəaliyyətlərini başa vurdu.

İctimai Nəzarət Qruplarının fəaliyyətində bizə dəstək olan bütün gənclər təşkilatları nümayəndələrinə və gənclərə təşəkkürümüzü bildiririk!🤗

📌Qeyd edək ki, İctimai Nəzarət Qruplarının gələcəkdə başqa istiqamətlərdə də fəaliyyət göstərməsi gözlənilir.

#NAYORA #AzGF #GənclərFondu #İctimaiNəzarətQruplari #GənclərimİZ