Gənclər Təşkilatlarının nümayəndələri Gəncə və Bərdəyə səfər edib

12 Noyabr 2020

Gənclər Təşkilatlarının nümayəndələri Gəncə və Bərdəyə səfər edib

Uzunmüddətli Qarabağ həsrəti Müzəffər Ali Baş Komandanın zəfər xəbərini elan etməsi ilə bitdi və xalqımız bu qələbəni böyük ruh yüksəkliyi və sevinc hissi ilə qeyd etməyə başladı.

Zəfər xəbərini alan gənclər təşkilatlarının nümayəndələri tərəfindən noyabrın 11-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə növbəti dəfə Gəncə və Bərdəyə səfər təşkil edilib. Səfərin əsas məqsədi dağıntı zonasını ziyarət etmək, zərər çəkmiş ailələrə baş çəkmək, qələbə sevincini bölüşərək gənclərin dəstəyini onlara hiss etdirməkdir.

Səfər çərçivəsində gənclər təşkilatlarının nümayəndələri zərər çəkən ailələrlə söhbətlər aparıblar. Aparılan söhbətlər zamanı insanlar birlik nümayiş etdirərək qələbə sevinclərini ifadə ediblər. Onlar Prezident İlham Əliyevə bu qələbəyə görə minnətdarlıqlarını bildiriblər.

#KarabakhisAzerbaijan