Gənclər təşkilatlarının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər

2 Dekabr 2020

Gənclər təşkilatlarının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər

Laçın rayonunun 28 ildən sonra 1 dekabr 2020-ci ildə işğaldan azad edilməsilə Azərbaycan daha bir tarixi qələbəyə imza atdı.🤩

Bu münasibətlə Azərbaycan gəncləri və gənclər təşkilatlarının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Biz də Azərbaycan gəncliyi olaraq bu tarixi və şanlı zəfərə şahid olduğumuz üçün qürur hissi keçiririk və Müzəffər Ali Baş Komandana və Azərbaycanın qəhrəman ordusuna təşəkkür edirik!

#Laçın #KarabakhisAzerbaijan #QələbəmİZ