Gənclər təşkilatlarının nümayəndələrinin Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvləri ilə görüşü baş tutdu.

6 May 2021

Gənclər təşkilatlarının nümayəndələrinin Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvləri ilə görüşü baş tutdu.

NAYORA-ya üzv olan gənclər təşkilatlarının Azərbaycan Respublikasının Milli Məclisinin Gənclər və İdman Komitəsinin millət vəkilləri ilə görüşü baş tutdu.

Qeyd edək ki, görüş "Ulu öndər Heydər Əliyevin 98-ci İldönümünə həsr olunmuş “Gənclər və gənclər təşkilatları ilə işin səmərəliliyi, həyata keçirilən fəaliyyətlər və gələcək perspektivlər” mövzusunda keçirilmişdir.

Görüşdə Milli Məclisin deputatları Ismayilov Shahin, Könül Nurullyeva, Vuqar İskəndərov, Müşfiq Cəfərov və Shahin Seyidzade iştirak etmişdir.

Görüş zamanı gənclər təşkilatlarının nümayəndələrinin aktiv iştirakı ilə səsləndirdikləri sual və təkliflər qeydə alınaraq, millət vəkilləri tərəfindən cavablandırılmışdır.

#MilliMəclis #NAYORA #GənclərTəşkilatları #Birlikdə