Gənclər Təşkilatlarının ucqar kəndlərə səfərləri başladı .

3 Avqust 2021

Gənclər Təşkilatlarının ucqar kəndlərə səfərləri başladı .

Gənclər Təşkilatlarının ucqar kəndlərə səfərləri başladı 

Azərbaycan Respublikasının Gənclər Fondunun  maliyyə dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilən "Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu" layihəsinə start verilib.

Layihənin təşkil edilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan, ölkə gəncləri üçün yaradılan imkanlardan xəbərdar olmayan, gənclər təşkilatları haqqında məlumatsız olan, həmçinin ictimai işlərdən və aktiv vətəndaşlıqdan geri qalan gənclərin məlumatlandırılması, ictimai fəaliyyətə gənclər təşkilatları vasitəsilə qoşulması və onların inkişafının təmin olunmasıdır.

Layihə çərçivəsində ilk səfər Tərtər rayonunun Seyidimli kəndinə edilmişdir. Səfərin ilk günü Azərbaycan Skautlar Assosiasiyası tərəfindən gənclər üçün müxtəlif təlim və vörkşoplar keçirilmişdir.

Məlumat üçün qeyd edək ki, hər ucqar kəndə müxtəlif gənclər təşkilatları tərəfindən 2 günlük səfər edilməklə, layihə çərçivəsində ümumilikdə ölkəmizin 10 rayonunun ucqar kəndində 1 ay müddətində həyata keçiriləcək.

Tərtər rayonunun Seydimli kəndində baş tutan layihədən olan görüntüləri sizinlə bölüşürük.