Gənclər Təşkilatlarının ucqar kəndlərə səfərləri davam edir .
9 Avqust 2021

Gənclər Təşkilatlarının ucqar kəndlərə səfərləri davam edir .
Layihə çərçivəsində növbəti səfər Quba rayonunun dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndinə edilib. Səfər ərzində Sağlam Düşüncə Gənclər Təşkilatı İctimai Birliyi tərəfindən gənclər üçün müxtəlif faydalı təlimlər və praktik bacarıqlar əldə etmələri üçün vörkşoplar təşkil olunmuşdur.
Məlumat üçün qeyd edək ki, layihənin təşkil edilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan gəncləri onlar üçün yaradılan fürsətlər barədə məlumatlandırmaq və inkişaflarına dəstək olmaqdır.
Bildirmək istərdik ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilir.