Gənclər Təşkilatlarının ucqar kəndlərə səfərləri davam edir

4 İyun 2021

Gənclər Təşkilatlarının ucqar kəndlərə səfərləri davam edir

Gənclər Təşkilatlarının ucqar kəndlərə səfərləri davam edir 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilən "Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu" layihəsi davam edir.

Layihə çərçivəsində növbəti səfər Beyləqan rayonunun Kəbirli kəndinə edilib. Səfər ərzində Avropa Hüqüqşünas Tələbələri Assosiasiyası Bakı İctimai Birliyi tərəfindən gənclər üçün müxtəlif faydalı təlimlər və praktik bacarıqlar əldə etmək üçün vörkşoplar təşkil olunmuşdur.

Məlumat üçün qeyd edək ki, layihənin təşkil edilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan gəncləri onlar üçün yaradılan fürsətlər barədə məlumatlandırmaq və inkişaflarına dəstək olmaqdır.