Gənclər və İdman Nazirliyi aşağıdakı istiqamətlər üzrə gənclər təşkilatlarının layihələrinin qəbulunu elan edir:

25 Mart 2021

Gənclər və İdman Nazirliyi aşağıdakı istiqamətlər üzrə gənclər təşkilatlarının layihələrinin qəbulunu elan edir:

Son müraciət tarixi: 25 Aprel 2021

MÜRACİƏT ET

Gənclər və İdman Nazirliyi aşağıdakı istiqamətlər üzrə gənclər təşkilatlarının layihələrinin qəbulunu elan edir:

  • Vətən müharibəsi, həmçinin milli qəhrəmanların və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması;
  • Şəhid ailələri və qazilərin övladlarının fərdi inkişafına dəstək göstərilməsi;
  • Azərbaycançılıq və dövlətçilik ideyalarının və multikultural dəyərlərin gənclər arasında təbliği;
  • Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin güclən­dirilməsi;
  • Gənclər arasında Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən yerli və beynəlxalq intellektual oyunların, kompüter oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi;
  • İşğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində gənclərin iştirakının təmin edilməsi və təşəbbüslərinin dəstəklənməsi;
  • Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması;
  • Gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;
  • Gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;
  • Gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;
  • Özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin  formalaşdırılmasında iştirak;
  • Gənclərin hüquqi maarifləndirilməsi;
  • Ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması;
  • Müasir peşələr, onlara tələbat və peşə seçiminə dair gənclərin maarifləndirilməsi;
  • Gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyəti sahəsində tədbirlərin həyata keçirilməsi;
  • İnternat və uşaq evlərində yaşayan və məzun olan gənclərin məşğulluğuna kömək göstərilməsi ilə bağlı tədbirlər;
  • Gənclər arasında açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması üzrə təşəbbüslər;
  • Gənclər arasında dini radikallıq və ekstremizmə qarşı yönəlmiş maarifləndirici tədbirlər;
  • Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi;
  • Gənclər arasında sağlam həyat tərzinin təbliği və reproduktiv sağlamlıq sahələri üzrə maarifləndirmə işinin genişləndirilməsi;
  • Gənclər arasında erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılması;
  • Cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitasiyası məqsədilə tədbirlərin həyata keçirilməsi;
  • Gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;
  • Gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə gənclərin qərarvermə proseslərində, ictimai əhəmiyyət kəsb edən məsələlərdə və dövlət gənclər siyasətinin həyata keçirilməsində iştiraklarının təmin edilməsi;
  • Kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması ilə onların bilik və bacarıqlarının inkişaf etdirilməsi;
  • Gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və elmə həvəsin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
  • Tələbələrin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək göstərilməsi;
  • Gənclər arasında qeyri-formal təhsil alətlərinin inkişaf etdirilməsi;
  • Gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar verilişlərin hazırlanması və yayımlanmasının təmin edilməsi (TV kanallar və sosial media platformaları);

Hər bir layihəyə ayrılması nəzərdə tutulan vəsaitin məbləği:

Yerli səviyyəli layihələr üçün - 10.000 manata qədər

Beynəlxalq səviyyəli layihələr üçün - 20.000 manata qədər

Müsabiqəyə dair bütün məlumatları Gənclər və İdman Nazirliyinin rəsmi internet səhfəsindən əldə edə bilərsiniz.