Gənclərin məşğulluğu və sahibkarlıq məsələlərinə aid olan mövzuları və mövcud imkanların müzakirəsini əhatə edən konfrans keçirilmişdir

29 İyun 2019

Gənclərin məşğulluğu və sahibkarlıq məsələlərinə aid olan mövzuları və mövcud imkanların müzakirəsini əhatə edən konfrans keçirilmişdir

Tədbirin məqsədi:Gənclərin məşğulluğu sahəsində formal və qeyri-formal sektorlar – dövlət, QHT, sosial sahibkarlıq və biznes sektoru və digər maraqlı tərəflər arasında gənclərin məşğulluğunun artırılmasına xidmət edən ortaq platforma yaratmaq

Tədbirin formatı və keçirilmə yeri:Konfrans, Türkiyəninİstanbul şəhəri

Təşkilatçı(lar):Erasmus+Proqramı və Türkiyə Milli Agentliyi

İştirakçılar:ARGTMŞ-nın Beynəlxalq Əlaqələr üzrə katibi

26-29 İyun 2019-cu il tarixində Türkiyənin🇹🇷 İstanbul şəhərində gənclərin məşğulluğu və sahibkarlıq məsələlərinə aid olan mövzuları və mövcud imkanların müzakirəsini əhatə edən konfrans keçirilmişdir. 16 Erasmus+ Milli Agentliyin ortaq əməkdaşlığı nəticəsində yaranan “[email protected]" platformasının ilk tədbiri kimi çıxış edən konfransda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) Beynəlxalq Layihələr üzrə katibi Türkan Quliyeva təmsil etmişdir. Tədbirin əsas məqsədi gənclərin məşğulluğu sahəsində formal və qeyri-formal sektorlar – dövlət, QHT, sosial sahibkarlıq və biznes sektoru və digər maraqlı tərəflər arasında gənclərin məşğulluğunun artırılmasına xidmət edən ortaq platforma yaratmaqdır.Konfransda "[email protected]" tərəfdaşlığı tərəfindən gənclərin məşğulluğu məsələlərinə dair nailiyyətlər, tövsiyələr, təcrübələr, mövcud risklər və onları aradan qaldırmaq üçün gələcək planlar müzakirə edilmişdir.
Türkiyə Milli Agentliyinin rəhbəri İlker Astarcı tərəfindən açılış nitqi edilən Avropa İttifaqının Türkiyədəki nümayəndəliyinin rəhbəri, səfir Christian Berger, “[email protected]” platformasının layihə rəhbəri Raluca Diroescu, Macarıstanın Türkiyədəki səfiri Viktor Matis və başqa rəsmilər iştirak etmişdir. NAYORA-nı beynəlxalq səviyyədə təmsil edən Türkan Quliyeva konfransın gedişatı zamanı keçirilən vorkşoplarda gənclərin məşğulluğunun artırılmasında gənclər sektorunda fəaliyyət göstərən təşkilatlarının rolu mövzusunda çıxış edərək NAYORA tərəfindən həyata keçirilən layihələrin gənclərin məşğulluğunun artırılmasına xidmət etdiyini vurğulamışdır.
Konfransın sahibkarlıq və sosial sahibkarlıq mövzusunun həsr olunduğu ikinci hissəsində isə Türkan Quliyeva hal-hazırda Avropa Komissiyası və Erasmus+ proqramının maliyyə dəstəyi ilə NAYORA-nın 5 beynəlxalq təşkilatla əməkdaşlığı çərçivəsində həyata keçirdiyi sosial sahibkarlığın inkişafına həsr olunan “Start It Up, Keep It Up” layihəsi haqqında məlumat vermiş və layihə çərçivəsində həyata keçiriləcək gələcək fəaliyyət planını təqdim etimişdir.

#NAYORA #AzeYouthPolicy #YouthPolicy #YouthStrategy #YouthAtWork #YouthAtWorkEU

39h