Gənclərin Məşğulluq Məsələlərinə dair Beynəlxalq Simpozium

27 İyul 2021

Gənclərin Məşğulluq Məsələlərinə dair Beynəlxalq Simpozium

Gənclərin Məşğulluq Məsələlərinə dair Beynəlxalq Simpozium (ISYEC) özəl sektor mütəxəssisləri və gənc işçilər arasında daha effektiv, həmçinin davamlı tərəfdaşlıq üçün inkişaf etmiş sahələarası əməkdaşlığı təşviq edəcəkdir.

Simpoziumun əsas müzakirə mövzuları:
1. Pandemiyadan sonrakı dövrdə qeyri-formal təhsil təminatçıları ilə ticarət sektoru arasında əlaqələri gücləndirmək və əməkdaşlığı artırmaq:
2. Gənc sahibkarlar, biznes nümayəndələri və qeyri-formal təhsil təminatçıları üçün mövcud imkanları bölüşmək və sahələrarası əməkdaşlığın uğurlu təcrübələrini nümayiş etdirmək:
3. Qeyri-formal təhsil yolu ilə səriştələrin inkişafının özəl sektor tərəfindən tanınmasına dəstək vermək:
4. Sahibkarlara və qeyri-formal təhsil təminatçılarına, həyat bacarıqlarının inkişafına əsaslanan əməkdaşlıqla bağlı təlim strategiyalarını hazırlamaq və həyata keçirmək üçün dəstək vermək.

Qeydiyyat üçün linkə daxil ola bilərsiniz: https://bit.ly/375jZ9E