Gənclərin Resurs Mərkəzi çərçivəsində onlayn beynəlxalq seminara start verilib.

14 Yanvar 2022

Gənclərin Resurs Mərkəzi çərçivəsində onlayn beynəlxalq seminara start verilib.

"Gələcəyə Körpü" Gənclər Birliyi tərəfindən onlayn şəkildə gənclərin məşğulluğu, sahibkarlıq və gənclərin iştirakı ilə icma inkişafı mövzusunda beynəlxalq seminar həyata keçirilir. Seminar 8 Yanvar, 2022-ci il tarixindən işinə start verib və 8 gün müddətində davam edəcək. Onlayn seminar Avropa Komissiyasının Erasmus+ Proqramı - Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyi tərəfindən maliyyələşdirilən "Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi" layihəsi çərçivəsində icra edilir.

Seminarda Azərbaycan, Litva, Bolqarıstan, Şimali Makedoniya, Niderland Krallığı, Gürcüstan, Ukrayna və Moldovadan olan 35-dən çox iştirakçı iştirak edir. Seminar müddətində iştirakçılar sahibkarlıq və icma inkişafı, eləcə də məşğulluqla bağlı müzakirələr, təqdimatlar və qrup işi aparırlar.

Tədbir iştirakçıları Gəncə şəhərində yaradılmış Resurs Mərkəzi, onun xidmətləri və onun çərçivəsində həyata keçirilən tədbirlərlə tanış olublar. Seminar həmçinin tərəfdaşlığın qurulması, ideyaların irəli sürülməsi və qruplarda mövzular üzərində işləmək üçün sessiyaları əhatə etməkdədir.