Gənclərin Resurs Mərkəzi layihəsinin davamlı aylıq fəaliyyətləri yekunlaşıb

16 Fevral 2022

Gənclərin Resurs Mərkəzi layihəsinin davamlı aylıq fəaliyyətləri yekunlaşıb

Avropa Komissiyasının Erasmus+ Proqramı çərçivəsində "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən "Gənclərin məşğulluq, sahibkarlıq təhsili və icma inkişafı Resurs Mərkəzi" layihəsi daxilində aylıq davamlı fəaliyyətlər yekunlaşıb.

 

8 ay müddətində, Gəncə şəhərində Texnologiya Universitetində region gənclərinə sahibkarlıq təhsili və icma inkişafı istiqamətində  müxtəlif mövzularda - liderlik, komanda işi, ictimai vəkillik, layihələrin yazılması və idarə edilməsi, sahibkarlıq (satış; biznes quruculuğu və rəsmiləşdirilməsi; biznesin komponentləri; biznesdə yaradıcı düşüncə; brendinq) sessiyalar verildi. Təlim və seminarlardan əlavə müxtəlif biznes obyektlərinə öyrənmə səfərləri də təşkil olunub.

 

Layihənin məqsədi Azərbaycanın Gəncə-Qazax regionunda yaşayan gənclərin sahibkarlıq təhsili və təhsil imkanları barədə məlumatlandırmaqla onların məşğulluq və iştapma bacarıqlarının artırılmasıdır.

 

Qeyd edək ki, fəaliyyətlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin birgə təşkilatçılığı, ASAN Könüllülük Məktəbinin və Azərbaycan Texnologiya Universitetinin əməkdaşlığı ilə həyata keçirilib.