Gəlin, sizə tərəfimizdən Polşaya könüllülük fəaliyyəti üçün göndərilən gəncimizi təqdim edək

23 Mart 2023

Gəlin, sizə tərəfimizdən Polşaya könüllülük fəaliyyəti üçün göndərilən gəncimizi təqdim edək

Gəlin, sizə tərəfimizdən Polşaya könüllülük fəaliyyəti üçün göndərilən gəncimizi təqdim edək. 🤩

Vroslava şəhərində könüllü olan Zarina Qubatova Avropa Həmrəylik Korpusunun 6 aylıq könüllülük proqramında iştirak edir və Jaskolka adlı məktəbdə fəaliyyət göstərir.

Könüllü qrupu olaraq onlar yerli uşaqları müxtəlif mədəniyyətlərlə tanış edib, muzeyləri ziyarət edirlər.

Bundan əlavə Zarina Polşanın müxtəlif şəhərlərində baş tutan təlim, vörkşop və semimarlarda da iştirak edir.

Zarina Qubatova: “Öz təşkilatımızda Azərbaycandan olan yeganə könüllüyəm, bu da mənə İngilis dilini mükəmməlləşdirməyimdə kömək edir. Bir sözlə, burdakı təcrübəmin qiymətsiz olduğunu tam rahatlığla deyə bilərəm”.